Dəhşətli hadisə: 41 yaşlı kişi üzərinə boşalan asfaltın altında qalıb öldü

05.11.2024

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Missisipi ştatında 41 yaşlı kişi üzərinə tökülən qızmar asfaltın altında qalaraq ölüb.

News24.az xəbər verir ki, Darrel Şerif adlı şəxs yük maşınının hidravlik xəttini yoxlayarkən avtomobilin arxa qapağı açılıb və üzərinə qızmar asfalt tökülüb.

Cekson Polis İdarəsinin əməkdaşları hadisə yerinə saat 22:30 radələrində gəlib. Polis rəisi Cozef Veyd mətbuat konfransında Şerifi "qızmar asfalt altında qalmış vəziyyətdə" tapdıqlarını açıqlayıb.

Polis rəisi hadisəni "dəhşətli" və "faciəli" adlandırıb. 

Polis rəisi ölüm hadisəsi ilə bağlı ətraflı araşdırma aparıldığını, lakin Şerifin ölümünün bədbəxt hadisə kimi qiymətləndirildiyini bildirib. 

Aynurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью