Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Potensial olaraq "El Nino" hadisəsi yaxınlaşdıqca dünya ekstremal hava hadisələrinə və isti dalğalarına hazırlaşmalıdır".
"Unikal" xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı məlumat yayıb.
Qeyd olunur ki, Sakit Okeanda təbii iqlim dövrünün isti fazası olan "El-Nino" hadisəsinin iyun-avqust ayları arasında inkişaf etmə ehtimalı 80 faiz, hadisənin noyabr ayından əvvəl baş vermə ehtimalı isə 90 faizdir.
"El Nino"nun geri dönüşü iqlim dəyişikliyi səbəbi ilə yanaşı, qlobal temperaturda müvəqqəti artımın xəbərçisidir.
Bu hadisə, həmçinin dünyada yağıntıların miqdarını da dəyişir, bəzi bölgələrdə şiddətli leysan və daşqınlara, digərlərində isə quraqlığa səbəb olur.
Gülayə Mecid