Dəhşətli istilər faciəyə səbəb oldu Minlərlə insan…

20.08.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropanı cənginə alan anomal isti hava Almaniyada bu il ərzində 14 min insanın həyatına son qoyub. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Almaniyanın İctimai Səhiyyə üzrə Robert Kox İnstitutunun məlumatlarına görə, istilərdən ölənlərin böyük hissəsi iyunun sonlarında qeydə alınıb. Dominos pizza

Ölkədə temperaturun 40 dərəcədən yuxarı qalxdığı bir həftə ərzində təxminən 9 600 nəfər istiyə bağlı səbəblərdən həyatını itirib.

Almaniyada bu yay qeydə alınan isti ilə bağlı ölüm sayı əvvəlki rekord göstəricini də geridə qoyub. Belə ki, 2018-ci ildə ölkədə təxminən 8 900 nəfər anomal isti hava səbəbindən həyatını itirmişdi.

Bu il yay boyunca müşahidə olunan isti hava dalğaları Avropanın bir çox bölgəsini əhatə edən anomal temperatur artımının bir hissəsi kimi qiymətləndirilir.

Aydan Hacı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью