Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tailandın paytaxtı Banqkokda güclü yanğın zamanı azı 30 nəfər həlak olub, onlarla insan xəsarət alıb.
Axar.az xəbər verir ki, hadisə Çatuçak rayonunda yerləşən restoranlardan birində baş verib.
İlkin ehtimallara görə, obyektdə əvvəlcə güclü partlayış olub, səbəbləri araşdırılır.
Şahidlərin sözlərinə görə, yanmış insanlar panik içində küçəyə qaçıblar.
Təcili yardım xidmətləri hazırda hadisə yerində işləyir və ölənlərin sayı arta bilər.