Dəhşətli mikroavtobus qəzası 26 ölü

07.12.2024

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Kot-d'İvuarda iki mikroavtobusun toqquşması nəticəsində azı 26 nəfər həlak olub, 28 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli hakimiyyətin bəyanatına istinadən “Abidjan” portalı məlumat yayıb.

“İki mikroavtobusun toqquşması nəticəsində 26 nəfər həlak olub”, – portal yazıb.

İlkin məlumata görə, qəza ölkənin cənub-qərbində Daloa və İssia departamentlərini birləşdirən yolda baş verib.

Hadisənin təfərrüatları araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью