GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
“İranın ABŞ-ın mümkün hücumuna cavabı simvolik yox, genişmiqyaslı olacaq. Bu, regional müharibəyə səbəb ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu türkiyəli təhlükəsizlik üzrə ekspert Mustafa Böğürcü deyib.
Onun sözlərinə görə, ABŞ artıq bu həftə etirazçıların ölümünə görə məsul hesab etdiyi iranlı məmurlara və komandirlərə dəqiq zərbələr endirə bilər:
“ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupunun İran istiqamətində yerləşdirilməsi, yüksək risklərə baxmayaraq İsrailin hərbi ssenariyə üstünlük verməsi və Tehranın barışmaz mövqeyi göstərir ki, münaqişənin astanasındayıq. İran üçün bu, sadəcə hərbi əməliyyat deyil, mövcudluq mübarizəsidir. Belə bir təhdidə simvolik cavab veriləcəyini gözləmək olmaz. İranın reaksiyası ölkə sərhədləri ilə məhdudlaşmayacaq — İsraildə geniş hədəflər, eləcə də qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyan Fars körfəzi və Hörmüz boğazındakı enerji obyektləri hədəfə alınacaq”.
Safura Bənnayeva
Globalinfo.az