Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
İspaniyada iki sürətli qatarın toqquşması nəticəsində ağır yol-nəqliyyat qəzası baş verib.
Turkustan.az xəbər verir ki, Fransanın "France 24" telekanalının yaydığı ilkin məlumatlara görə, faciəvi qəza nəticəsində 46 nəfər həlak olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə çoxlu sayda xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub. Xəsarət alanların xəstəxanalara təxliyəsi və qəzanın səbəblərinin araşdırılması istiqamətində işlər davam etdirilir.
Aytən Yaşar/ Turkustan.az