Dəhşətli QƏZA: 12 aktyor HƏLAK OLDU

29.01.2026

Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Myanmada avtobusun dərin dərəyə düşməsi nəticəsində azı 12 nəfər ölüb.

Ajans.az xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi məumat yayıb.

Məlumata əsasən, hadisə çərşənbə axşamı ölkənin Maqvey bölgəsində baş verib. Təxminən 27 nəfərdən ibarət teatr truppasının üzvlərini daşıyan avtobus hərəkətdə olarkən idarəetmədən çıxaraq dərin dərəyə aşıb.

Qəza nəticəsində azı 12 teatr artisti həyatını itirib. Digər sərnişinlərin vəziyyəti və xəsarət alanların sayı barədə hələlik rəsmi məlumat verilməyib.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью