Dəhşətli qəza 50 avtomobil toqquşdu

01.12.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyada 50 avtomobil toqquşub, 30-a yaxın adam xəsarət alıb.

Modern.az "Bild" qəzetinə istinadən xəbər verir ki, hadisə ölkənin qərbindəki Şimali Reyn-Vestfaliya əyalətində qeydə alınıb.

Qəza nəticəsində 26 nəfər xəsarət alıb, onlardan 8-nin vəziyyəti ağırdır.

Hadisəyə səbəb olan yük maşınının sürücüsü polisin dayanmaq tələbinə əməl etməyib və sürəti artırıb. Nəticədə qarşıdakı zolağa çıxan yük maşını bir neçə avtomobilə çırpılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 30 yaşlı sürücünü saxlayarkən onun sərxoş olduğu üzə çıxıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью