Dəhşətli qəza ailə faciəsinə SƏBƏB OLDU VİDEO

05.12.2024

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, dünən saat 21 radələrində Xırdalan-Saray yolunda minik avtomobili yolu keçən ər və arvadını vurub.

Nəticədə 1972-ci il təvəllüdlü Könül Novruz qızı Şeydayeva hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Polad Şeydayev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin “VAZ” markalı avtomobil tərəfindən törədildiyi bildirilir.

Faktla bağlı Abşeron RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью