Icma.az, Modern.az saytına istinadən bildirir.
Hindistanın Assam ştatında sərnişin mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində təxminən 23 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, hadisə ölkənin şimal-şərqində, Kaziranqa Milli Parkının yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, mikroavtobusda dərsdən sonra evə qayıdan çoxsaylı kollec tələbələri olub. Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 20 nəfər xəstəxanaya çatdırılıb.
Hazırda hadisə yerində fövqəladə hallar xidmətlərinin əməkdaşları çalışır. Qəzanın səbəbləri və başvermə şəraiti araşdırılır.