Dəhşətli qəzada ölən çavuş Bəhlulun Fotoları

28.11.2024

Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dəhşətli qəzada ölən çavuş Bəhlulun - Fotoları

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Tovuzda 5-i hərbçi olmaqla 6 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə hərbçilər Kəlbəcərdən ailələrinin yaşadığı Qazax və Ağstafa rayonlarına gedərkən qeydə alınıb. "Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 5 hərbi qulluqçu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu həlak olub. Həmçinin bir mülki şəxs də həyatını itirib.

"Qafqazinfo" dəhşətli qəzada həyatını itirən Azərbaycan ordusunun çavuşu, Qazax rayon sakini Bəhlul Əliyevin fotolarını təqdim edir:


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью