Dəhşətli qəzada ölən Elmirin fotosu Hadisə yerindən görüntülər

05.08.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi “Opel” markalı, 01-CO-753 dövlət nömrə nişanlı avtomobil Tural Əkbər oğlu Tağıyevin sürdüyü “Volvo” markalı, 67-CA-837 dövlət nömrə nişanlı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində E.Həsənov həlak olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Hadisə yerindən çəkilmiş görüntüləri və vəfat edən gəncin fotosunu təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью