Dəhşətli qəzada ölən hərbçilərin adları Açıqlandı

27.11.2024

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Tovuzda 6 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Həlak olanlardan 5-i hərbçidir.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu həlak olub.

Faktla bağlı araşdırma aparılır.  

Müdafiə Nazirliyinin  rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə  başsağlığı verir, səbir diləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью