Dəhşətli qəzada ölən hərbçilərin adları açıqlanıb

27.11.2024

Icma.az, Operativmedia portalına istinadən məlumat yayır.

"Operativ Media" xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu həlak olub.

Faktla bağlı araşdırma aparılır.  

Müdafiə Nazirliyinin  rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə  başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью