Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İyunun 5-i gecə saatlarında Qazax rayonu Əskipara kəndi ərazisində baş verən qəzada ölən 4 nəfərdən biri Prezidentin Təhlükəsizlik Xidmətində xidmət edirmiş.
“Qafqazinfo” Unikal-a istindən xəbər verir ki, 1997-ci il təvəllüdlü Ramal Vəliyev PTX-də baş çavuş rütbəsini daşıyıb.
O, qəza zamanı sükan arxasında olub. Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatdakı ilkin ehtimala görə, qəzanın baş verməsinə səbəb n
Xatırladaq ki, kənd ərazisində BMW markalı avtomobil ağır qəza törədib.
Qəza nəticəsində sürücü Ramal Vəliyev və avtomobildə olan üç sərnişin — 1997-ci il təvəllüdlü Nəsirov Rafət Mahir oğlu, 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu və 2000-ci il təvəllüdlü Əhmədov Zaur Mahmud oğlu hadisə yerində həyatlarını itiriblər.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.