Dəhşətli qəzada ölənlərin sayı 3ə ÇATDI

03.01.2025

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Hacıqabul rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzasında xəsarət alan daha bir nəfər həyatını ititib.

Modern.az-ın məlumatına görə,  2018-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması zamanı "VAZ-2107" idarə etmədən çıxaraq yol kənarındakı "Hyundai Sonata", "Hyundai Tucson" və "KİA" markalı minik maşınlarına çırpılıb.

Qəza nəticəsində Yusif Qəhrəmanov, Günel Qəhrəmanova, Aminə Qəhrəmanova, Vilayət Qəhrəmanov, Elgün Sarıyev, Elvin Sarıyev və Günel Sarıyeva müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib.

9 yaşlı Yusif Qəhrəmanov və 1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı da xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью