Dəhşətli qəzada ölənlərin sayı artdı | Icma.az
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Meksikanın cənubunda Eskarseqa şəhəri yaxınlığında avtobusun yük maşını ilə toqquşması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Lent.az xəbər verir ki, bu barədə Tabasko ştatının administrasiyası məlumat yayıb.
Dünən səhər saatlarında yük maşını ilə toqquşan sərnişin avtobusunda 48 nəfər olub.
Qəza nəticəsində avtobusdakı 38 sərnişin, avtobusun 2 sürücüsü, o cümlədən yük maşınının sürücüsü ölüb.
İlkin məlumata görə, yük maşını qarşı zolağa çıxıb. Toqquşma nəticəsində avtobus və yük maşını yanıb.
Bundan əvvəl qəza nəticəsində 30 nəfərin öldüyü açıqlanmışdı. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu