Dəhşətli qəzadan hamı sağ çıxdı VİDEO

16.10.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İmişli rayonunda qoşqulu traktorla yük avtomobili toqquşub.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Cəfərli kəndi ərazisində baş verib.

Belə ki, kənd ərazisində qoşqulu traktorla QAZ-53 markalı yük maşını toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Xəsarət alan olmayıb. Traktorda olan pambıq ətrafa səpələnib.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью