Dəhşətli qəzadan sağ çıxan futbolçunun hansı müddətə kənarda qalacağı bilindi

09.12.2024

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Vest Hem"in yol qəzası nəticəsində ağır xəsarətlər alan 34 yaşlı hücumçusu Maykl Antonionun hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı "Guardian" yayıb.

Mənbə digər xəsarətlərlə yanaşı, ayağı da sınan təcrübəli futbolçunun azı 1 il futbol oynaya bilməyəcəyini vurğulayıb.

Xatırladaq ki, hadisə dekabrın 7-də Lindon yaxınlığında qeydə alınıb. Dəhşətli qəzadan sağ çıxan futbolçu helikopterlə xəstəxanaya çatdırılıb.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью