DƏHŞƏTLİ STATİSTİKA: 8500 məscid sökülüb

11.09.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avstraliya Strateji Siyasət İnstitutunun (ASPI) peyk görüntülərinə əsaslanan genişmiqyaslı araşdırması Sincan-Uyğur Muxtar Rayonunda dəhşətli faktları ortaya çıxarıb.

“Yeni Sabah” xəbər verir ki, hesabata görə, 2017-ci ildən bəri regionda yerləşən ibadətgahların təxminən 65%-i — ümumilikdə 16 minə yaxın məscid ya dağıdılıb, ya da ciddi zədələnib. Onlardan 8 500-dən çoxu tamamilə sökülüb, yerlərində isə boş ərazilər, avtomobil dayanacaqları və digər infrastrukturlar salınıb.

Daha 7 500-ə yaxın məsciddə isə minarə, günbəz və ənənəvi İslam memarlığı elementləri ləğv edilərək ciddi dəyişikliklər aparılıb. Tədqiqatçılar bu addımları Pekinin dini “çinliləşdirmə” siyasəti ilə əlaqələndirirlər. Toyuqlu pizza

Beynəlxalq aləmdə böyük rezonans doğuran araşdırmanın nəticələri "Al Jazeera", "The New York Times" və "The Guardian" kimi aparıcı mediada geniş işıqlandırılıb.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью