Dəhşətli təyyarə qəzası Sərnişinlərin hamısı öldü Bu ölkədə

11.07.2026

Icma.az bildirir, Dogru.az portalına istinadən.

Baham adalarında “Flaminqo Eyr” (Flamingo Air) aviaşirkətinə məxsus “Cessna 402” yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Doğru.az xarici mediaya istinadla xəbər verir ki, qəza nəticəsində 10 nəfər həlak olub.

Hadisə arxipelaqın ən böyük adasının Nort-Andros rayonunda baş verib.

Təyyarə qəzası nəticəsində göyərtədə olan 9 nəfər hadisə yerindəcə həlak olub, daha bir nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Baham adalarının Aviasiya Nazirliyi araşdırma müddətində aviaşirkətə daşımaları həyata keçirməyi qadağan edib.\\report.az

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью