Icma.az, Axar.az saytına istinadən bildirir.
İndoneziyada “Siantar Ekspress” sərnişin qatarı mikroavtobusla toqquşub.
Axar.az xəbər verir ki, toqquşmadan sonra güclü yanğın baş verib və qatar mikroavtobusu bir müddət sürüyərək aparıb.
Hadisə nəticəsində mikroavtobusun sürücüsünün öldüyü, qatar maşinistlərinin və bir əməkdaşın isə xəsarət aldığı bildirilir.