Dəhşətli yanğın: Reanimasiyadakı xəstələr öldü

06.10.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Hindistanın Racastan əyalətində yerləşən Ceypur şəhərindəki xəstəxananın reanimasiya şöbəsində baş verən yanğında ilkin məlumatlara görə 6 nəfər həyatını itirib. 

"Cebheinfo.az"-ın Hindistanın NDTV kanalına istinadən xəbərinə əsasən, Ceypurda yerləşən Sawai Man Singh Xəstəxanasının reanimasiya şöbəsində səbəbi hələlik məlum olmayan yanğın baş verib. Yanğın zamanı reanimasiyada müalicə alan 11 xəstədən 6-sı həyatını itirib. 

Alovlar xəstəxananın digər bölmələrinə sürətlə yayılıb. Yanğının reanimasiya şöbəsindəki elektrik sistemində baş verən qısaqapanmadan qaynaqlandığı ehtimal olunur. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью