Dəhşətli yanğına görə 4 nəfər TUTULDU

21.01.2025

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Bolu şəhərindəki Kartalkaya kurort mərkəzində yerləşən hoteldə baş verən yanğınla əlaqədar  4 nəfər saxlanılıb. 

Modern.az xəbər verir ki, bu  barədə Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç məlumat yayıb. 

Qeyd edək ki, 12 mərtəbəli oteldə yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью