Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sabirabadda bir ailənin 4 üzvünün öldüyü yanğından iki nəfər xilas edilib.
“Qafqazinfo” “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə nəticəsində həlak olan 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanovun anası, 1956-cı il təvəllüdlü Bahar Niyaz qızı İmanova və onun digər oğlu, 1983-cu il təvəllüdlü Ruslan Ağasəf oğlu İmanov yanğından sağ çıxıb.
Məlumata görə, onlar Bakıda yaşayır və həmin gün ailəyə qonaq gəliblərmiş.
Həmin şəxslər evin birinci mərtəbəsində yatdığından hadisədən tez xəbər tutub və yanğından xilas ola biliblər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.