Dəhşətli yanğında ölənlərdən biri idmançıdır Foto

02.01.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

16 yaşlı italiyalı qolfçu Emanuele Qaleppini İsveçrənin Kran-Montana kurortundakı barda baş verən yanğında vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliya Qolf Federasiyası instaqram hesabında açıqlama yayıb.

Xatırladaq ki, Yeni il gecəsi İsveçrənin Kran-Montana kurortunda barda şənlik zamanı partlayış olub, daha sonra yanğın başlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində təxminən 40 nəfər ölüb, 115 nəfər ağır yaralanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью