Dekabr ayında həlledici proses keçiriləcək

13.11.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Mançester Siti”nin maliyyə qaydalarını pozması ilə bağlı verilən apellyasiya şikayəti təmin olunmasa, klub artıq gələn ilin əvvəlində İngiltərə Premyer Liqası tərəfindən sanksiyalara məruz qalacaq.

Futbolpress.az xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, məsələ ilə bağlı apellyasiya prosesi dekabrın ortalarında baş tutacaq. İş üzrə məhkəmə prosesi bir neçə gün davam edə bilər və dinləmələrin qrafiki gizli saxlanılır.

Əgər şikayət rədd edilərsə, 2027-ci ilin yanvar ayından etibarən rəsmi cəzaların açıqlanması gözlənilir. Premyer Liqanın reqlamenti Müstəqil Komissiyaya istənilən sanksiyanı tətbiq etmək üçün geniş səlahiyyətlər verir. Bura maliyyə cərimələri, titulların alınması, xalların silinməsi və hətta çempionatdan kənarlaşdırılma daxildir.

Bununla belə, cəzaların konkret nə vaxt qüvvəyə minəcəyi hələ də qeyri-müəyyəndir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью