Dekabr ayının HAVA PROQNOZU | Icma.az
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dekabr ayında qış fəslinə uyğun olan tutqun, buludlu, soyuq hava şəraiti üstünlük təşkil edir.
Bu il dekabr ayında havanın orta aylıq temperaturun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.
Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Dekabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Tam oxu
Xəbəri oxu