Dekabrda 113 dövlət əmlakı hərraca çıxarılacaq

20.11.2024

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 4-də keçiriləcək hərraca “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının balansında olan 1 bağ evi, 6 fərdi yaşayış evi, 9 torpaq sahəsi və 34 qeyri-yaşayış sahəsini çıxarıb.

Dövlət Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 17-də keçiriləcək hərraca buraxılış tarixləri 2005-2016-cı illəri əhatə edən 63 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью