Dekabrda avtomobil idxalı kəskin artıb | Icma.az
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən il Azərbaycana 2 milyard 386,5 milyon dollar dəyərində 123 min 319 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com xəbər verir ki, idxal olunan avtomobillərin 15,3%-i və ya 18 min 915 ədədi dekabr ayında ölkəyə gətirilib.
Qeyd edək ki, 2024-cü illə müqayisədə ötən il avtomobil idxalı 34,3% və ya 31 min 481 ədəd artıb.
2024-cü ilin dekabr ayı ilə müqayisədə isə ötən ilin dekabr ayında avtomobil idxalı 2 dəfədən çox artıb.
Belə ki, 2024-cü ilin dekabr ayında Azərbaycana xaricdən 8 min 912 ədəd avtomobil gətirilib.
Ötən il idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 19 min 352 dollar, 2024-cü ildə isə 20 min 080 dollar təşkil edib.
Artım əsasən daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki olan hibrid avtomobillərin idxalında müşahidə olunub.
Tam oxu
Xəbəri oxu