Dekabrda hamını qabaqladı

24.01.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Almaniya bundesliqasında dekabrın ən yaxşı futbolçusu müəyyənləşib.

Bu nominasiyanın qalibi Florian Virts olub.
“Bayer-04”ün yarımmüdafiəçisi 2024-cü ilin son ayında ölkə çempionatında keçirdiyi 3 oyunda 3 qol vurmuş və bir o qədər məhsuldar ötürmə vermişdi. Florian ayın ən yaxşı futbolçusu adı uğrunda mübarizədə Yozua Kimmix, Camal Musiala (hər ikisi “Bavariya”), Mitçell Vayzer (Verder), Nik Voltemad (Ştutqart) və Paul Nemeti (Maynts-05) arxada qoyub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью