Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Hazırda dünyada ciddi bahalaşma dalğası müşahidə olunur və Azərbaycan indiyədək idxaldan asılılığı azaltmaq üçün daha təsirli addımlar atmalı idi".
İqtisadçı Natiq Cəfərli bunu Bakıvaxtı.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, dünyada logistika xərcləri artır, enerji daşıyıcıları bahalaşır, istehsal xərcləri yüksəlir. İstər-istəməz bütün bunlar idxal inflyasiyası şəklində Azərbaycana daxil olur və daxil olmaqda davam edəcək.
İqtisadçı Natiq Cəfərli
"İdxaldan asılı olduğumuz məhsullarda bahalaşma riskini proqnozlaşdırmaq çətindir. Çünki bu proseslər birbaşa Azərbaycandan asılı deyil. Bunun həlli yolu yerli istehsalın artırılmasıdır. İllərdir bu barədə danışılır, amma təəssüf ki, yerli istehsalda kifayət qədər, qənaətbəxş səviyyədə artım görmürük. Ona görə də dünyada baş verən prosesləri nəzərə alsaq, dekabr ayından etibarən idxal məhsullarının qiymətlərində artımın daha da sürətlənməsinin şahidi ola bilərik”, – deyə iqtisadçı qeyd edib.
Günəş Mərd