Dekabrın 11də Gürcüstan dövlət qulluqçularının etiraz yürüşü keçiriləcək

09.12.2024

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 11-i axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisidə dövlət qulluqçularının etiraz yürüşü keçiriləcək.

Missiya.Az “Aktual.ge”yə istinadən xəbər verir ki, yürüşün təşkilatçıları bütün dövlət qulluqçularını bu tədbirə qoşulmağa çağırır. 

"Yürüş Respublika meydanından başlayacaq və Parlament binasına doğru irəliləyəcək. Burada həm indiki, həm də keçmiş dövlət qulluqçuları bir araya gələrək, Avropa Birliyinə üzv olmaqla bağlı olan arzularını bəyan edəcəklər",- deyə təşkilatçılar bildiriblər.

Qeyd edək ki, Gürcüstanda hökümətə qarşı etiraz aksiyaları davam etməkdədir.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью