Dekabrın 15də hava əsasən yağmursuz olacaq AZƏRTAC

14.12.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 14 dekabr, AZƏRTAC

Azərbaycanda dekabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə havanın arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi əvəzlənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 775 millimetr civə sütunundan 769 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 5-10° şaxta olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью