Dekabrın 1də gözlənilən hava şəraiti açıqlanıb

30.11.2024

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Moderator.az -a verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət 70-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью