Dekabrın 4 də bu il sonuncusu görünəcək

01.12.2025

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 4-də bu ilin son Super Ayı müşahidə olunacaq.

Metbuat.az xəbər verir ki, həmin gün Ay adi tam Aydan təxminən 8% daha böyük, 16% daha parlaq görünəcək.

Super Ay, Ayın dolunay fazasının onun Yerə ən yaxın nöqtəsi – perigeylə üst-üstə düşməsi nəticəsində baş verir.

Bu astronomik hadisənin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə, Ayın Yerə yaxınlaşması səbəbindən cazibə qüvvəsi bir qədər artır və bu da okeanlarla dənizlərdə su səviyyəsinin adi haldan 3–5 sm yuxarı qalxmasına səbəb ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью