Dekabrın 9u axşamadək Bakının və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacaq

07.12.2024

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 7-si saat 10:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb. Düşən yağıntının miqdarı 3 mm-dək olub.

Xidmətdən verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin dekabrın 7-si axşam saatlarından 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью