Dekabrın 9u axşamadək yağış yağacaq, bəzi yerlərdə leysan olacaq XƏBƏRDARLIQ

06.12.2024

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Dekabrın 6-si axşamdan 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 7-si axşam Azərbaycanın Şərq rayonlarından başlayaraq dekabrın 9-u axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan , Quba-Qusarda leysan xarakterli olacağı , çaylarda sululuğun artacağı ehtimal olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью