Dekabrın qeyri iş günləri Neçə gün evdəyik?

21.11.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Azərbaycanda 2026-cı ilin dekabr ayında beşgünlük iş həftəsi ilə çalışan vətəndaşlar üçün bir rəsmi bayram qeyri-iş günü olacaq.

Modern.az xəbər verir ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə iş günü hesab edilmir.

Bundan başqa, dekabrın 5, 6, 12, 13, 19, 20, 26 və 27-si həftəsonuna təsadüf etdiyindən beşgünlük iş həftəsi ilə çalışanlar üçün istirahət günləridir. İnternet mağaza

Dekabrın 30-da isə bayramqabağı gün olduğuna görə iş vaxtı bir saat qısaldılacaq.

Beləliklə, dekabr ayında beşgünlük iş həftəsi üzrə 22 iş günü, 9 qeyri-iş günü olacaq.

Qeyd edək ki, 31 dekabrdan sonra yanvarın 1-i və 2-si də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləridir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью