Dəkkə Hava Limanında yanğın 26 saatdan sonra söndürüldü

20.10.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Banqladeşin paytaxtı Dəkkədə Həzrət Şahcəlal Beynəlxalq Hava Limanının yük anbarında baş verən yanğın 26 saatlıq işdən sonra tamamilə söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, yanğın nəticəsində hava limanında bütün uçuşlar dayandırılıb və bir çox reyslərin istiqaməti dəyişdirilib.

Səlahiyyətlilər 23 bölmənin yenidən işə başladığını və hava limanının uçuşlara açıldığını bildirib. Hadisə zamanı polis də daxil olmaqla ümumilikdə 35 nəfər yaralanıb.

Qeyd edək ki, Banqladeş Beynəlxalq Hava Ekspres Dərnəyinin rəsmiləri yanğından dəyən zərərin 1 milyard dolları keçdiyini təxmin edirlər.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью