Dəkkədəki zəlzələdə üç nəfər həlak olub

21.11.2025

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dəkkədə 5,7 bal gücündə zəlzələdən sonra üç nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb.

Ölkənin meteorologiya idarəsindən verilən məlumata görə, yeraltı təkanlar saat 10:38-də qeydə alınıb. Zəlzələ zamanı Dəkkə şəhərinin müxtəlif bölgələrində yaşayan sakinlər təşviş içində evlərini tərk edib.

Zəlzələ Banqladeş və Hindistanın bir sıra digər bölgələrində də hiss edilib.

Dakkanın rayonlarından birində yeddimərtəbəli binanın damındakı kərpic hasar uçub. "Yoldan keçən 3 nəfər ölümcül yaralanıb. Uçulmanın baş verdiyi ərazi mühasirəyə alınıb", - deyə şəhər polisi bildirib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью