Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Raysın DÇ-2026-nın 1/16 final mərhələsində Konqo Demokratik Respublikası yığmasına qarşı oynaya bilib-bilməyəcəyi bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı BBC yayıb.
Məlumata görə, "Arsenal"ın futbolçusu zədə problemini geridə qoyub və hazırda onun sözügedən qarşılaşmada start "11-lik"də yer alması ilə bağlı hər hansı problem yoxdur. Raysın artıq kollektiv məşqlərə qatıldığı vurğulanıb.
Mundialın qrup mərhələsinin 2-ci turunda Qana ilə görüşdə (0:0) baldır əzələsindən xəsarət alan Rays Panamaya qarşı (2:0) matçı kənardan izləyib.
L qrupundakı mübarizəni 7 xalla 1-ci pillədə başa vuran İngiltərə Konqo DR ilə iyulun 1-də üz-üzə gələcək.
Nihat