Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays London klubu ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.

İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “topçular”la beşillik müqavilə imzalamağa razılıq verib.

Tərəflərin yaxın günlərdə sənədləri rəsmiləşdirməsi gözlənilir. Yeni razılaşmaya əsasən, Rays “Arsenal”ın ən yüksək maaş alan futbolçularından birinə çevriləcək.

İngiltərə millisinin üzvünün hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Futbolçu və komandanın baş məşqçisi Mikel Arteta son həftələrdə yeni müqavilənin imzalanacağına işarə etmişdilər.

London klubu əsas heyətin aparıcı üzvlərini uzun müddət komandada saxlamağa çalışır. Daha əvvəl müdafiəçi Yurrien Timberin də müqaviləsinin uzadılması barədə razılıq əldə edildiyi bildirilmişdi.

Qeyd edək ki, Deklan Rays 2023-cü ildə “Vest Hem”dən “Arsenal”a transfer olunub.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью