Deklan Rays “Arsenal”la müqaviləsini uzadır

17.11.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays klubu ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

Apasport.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Məlumata görə, London təmsilçisi 27 yaşlı ingiltərəli futbolçu ilə 5 illik yeni müqavilənin şərtlərini razılaşdırıb. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Deklan Rays cari mövsümdə “Arsenal”ın heyətində 15 oyunda meydana çıxıb. O, bu matçlarda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Premyer Liqa klubunda yeni təyinat - RƏSMİ Günün oyunları bu kanallarda - TV AFİŞA “İnter” braziliyalı futbolçusunu əldən buraxmır: Yeni müqavilə Klopp: “Bu komandaya ilk baxışdan aşiq oldum” Türkiyə millisindən uğursuzluq – B Liqasına düşdü
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью