Deko: “Diaz komandanın “əskik parçası”dır”

02.01.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Barselona”nın idman direktoru Deko hesab edir ki, “Liverpul”un futbolçusu Luis Diaz komandanın “əskik parçası”dır.

Futbolpress.az xəbər verir ki, Deko ona, Niko Uilyams, Rafael Leao və Xviça Kvaratsxeliyadan daha çox heyrandır. Hətta keçən yay klub rəhbərliyinə onu transfer etməyi təklif edib. “Kataloniyalılar”ın Diazın nümayəndələri ilə çox yaxşı münasibəti var.

Diazın “Barsa”ya keçməyi çox istədiyi deyilir. Bir dəfə atası Luisin “Barselona”nın böyük pərəstişkarı olduğunu və bir gün orada olmağı xəyal etdiyini açıqlayıb. Həmçinin bildirilir ki, futbolçunun ətrafı 2027-ci ildə başa çatacaq müqaviləsini yaxşılaşdırmağı planlaşdırmadığı üçün “Liverpul”a “qəzəblidir”.

27 yaşlı futbolçu bu mövsüm “Liverpul”un heyətində 24 matçda 12 qol vurub və 2 qola imza atıb.

Böyük beşlik, Əsas xəbərlər İFF La Liqanın qərarını dəstəklədi

1 Yanvar 2025, 20:52

Böyük beşlik, Əsas xəbərlər İtaliyaya gedə bilər

31 Dekabr 2024, 22:51

Böyük beşlik, Əsas xəbərlər “Barselona”nın sabiq futbolçusu vəfat etdi

30 Dekabr 2024, 16:50

Böyük beşlik, Əsas xəbərlər İli qolsuz başa vurdu

29 Dekabr 2024, 20:53

Böyük beşlik, Əsas xəbərlər Olmo Premyer Liqaya icarəyə keçməyə hazırdır

29 Dekabr 2024, 19:30

Böyük beşlik, Əsas xəbərlər Olmonun vəziyyəti qeyri-müəyyəndir

28 Dekabr 2024, 21:42

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью