Deko Xulian Alvares üçün Madridə gəlib

05.08.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Barselona"nın idman direktoru Deko və skautların rəhbəri Joфo Amaral Madriddə görülüb.

İdman.Biz "Jijantes FC"yə istinadən bildirir ki, "Blaugrana" "Atletiko Madrid"in hücumçusu Xulian Alvaresi transfer etmək üçün son cəhdini edəcək.

Deko və Amaral tezliklə 26 yaşlı Alvaresin agenti olan Fernando İdalqo ilə görüşəcəklər.

Dünya Kuboku zamanı Xulian Alvares "Atletiko Madrid"dən "Barselona"ya keçmək istədiyini açıqlayıb. Lakin "Atletiko" hücumçunu "Kamp Nou"ya buraxmaq istəmirlər.

Transfermarkt-da Xulian Alvaresi 120 milyon avro olaraq qiymətləndirirlər.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью