“Dekorativ ultimatum” Medvedev Trampı ələ salır

15.07.2025

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın Rusiyaya ünvanladığı ultimatum Moskvada qeyri-ciddi qarşılanır.

“AzPolitika” xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Donald Trampın Kremlə ünvanladığı bəyanatı “dekorativ ultimatum” adlandırıb.

O iddia edib ki, bu ultimatum Rusiyada heç bir narahatlıq yaratmır: "Tramp Kremlə dekorativ ultimatum təqdim etdi. Dünya nəticələrini gözləyərək titrədi. Döyüşkən Avropa məyusdur. Rusiyanın isə vecinə deyil".

Qeyd edək ki, ötən gün Tramp Vaşinqtonda NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə Rusiyaya qarşı yeni tədbirlər görüləcəyini açıqlamışdı. Onun sözlərinə görə, ABŞ Ukrayna nizamlanmasında irəliləyiş olmasa, 50 gündən sonra Rusiyaya qarşı sərt məhdudiyyətlər - 100% tariflər tətbiq edəcək. Bundan əlavə, Tramp 17 “Patriot” sisteminin Avropa vasitəsilə Kiyevə çatdırılacağını bəyan edib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью