Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. Şərti sərhədə tez-tez baş çəkən səfir, sanki, sülhə “badalaq vurmağa” and içib İkinc
O vaxtadək yada düşməyən Zəngəzura yaxın-uzaq ölkələrdən nümayəndə heyətləri axışır.
Onlar dəstə-dəstə regiona gələrək burada görüşlər keçirir, hətta konsulluqlar açmaq barədə bəyanatlar verirlər.
Yada salmaq yerinə düşər ki, 2022-ci il oktyabrın 20-də İran İslam Respublikasının Xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistana rəsmi səfər etmişdi.
O, səfər çərçivəsində Zəngəzur vilayətinin inzibati mərkəzi olan Qafanda İran baş konsulluğunun açılışına qatılmışdı.
Bundan əlavə, Rusiya tərəfi də vilayətdə baş konsulluğunun açılmasına çalışır. Bu istiqamətdə üç ilə yaxındır ki, iş aparılır.
2023-cü ilin sentyabr ayından etibarən Qafanda baş konsulluğun açılışına hazırlıq üçün məsul olan qrup işləyir.
Ermənistan xarici işlər nazirliyi martın sonlarında “Sputnik Ermənistan” agenliyinin yazılı sorğusuna cavab olaraq bildirib ki, hazırda iki ölkə arasında Qafanda baş konsulluğunun açılması məsələsi müzakirə olunur.