Del Pyero İtaliya Futbol Federasiyasının prezidenti olmaq niyyətindədir

25.11.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"Yuventus" klubunun sabiq yarımmüdafiəçisi Alessandro Del Pyero İtaliya Futbol Federasiyasının prezidenti olmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb.

İtaliya futbolunun 50 yaşlı əfsanəsi fevralın 3-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək imkanını dəyərləndirir. Namizədlərin adları dekabrın 25-dək rəsmiləşəcək.

Qeyd edək ki, Del Pyero İtaliya yığmasında meydana çıxdığı 91 oyunda 27 qol vurub. O, 1993-cü ildən 2012-ci ilə qədər "Yuventus"un formasını geyinib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью